Bakıdakı döyüş gecəsində söyüşüb dalaşanlar çeçen və iranlılar olub - VİDEO

Bakıdakı döyüş gecəsində söyüşüb dalaşanlar çeçen və iranlılar olub – VİDEO

Bakıda keçirilən “Ultimax Fight Night” adlı döyüş gecəsində dava düşüb.

Döyüşlərin birində idmançılar arasında başlayan davaya məşqçilər və rinqə çıxan bəzi insanlar da qoşulub.

Yarışın Azərbaycanda təşkilatçılığını öz üzərinə götürmüş Yusif Əliyev Oxu.Az-a açıqlamasında davada azərbaycanlı idmançıların yox, xarici qonaqların iştirak etdiyini bildirib:

“Yarışı Rusiyada yaşayan Hüseyn Mütəllimov adlı şəxs keçirir. “Ultimax Fight Night” promouter şirkəti ona məxsusdur. Mən isə azərbaycanlıların bu döyüşdə iştirakını və Bakıdakı təşkilatçılığı öz üzərimə götürmüşdüm.

Rusiya və İran döyüşçüləri hələ “Instagram”da bir-biriləri ilə söyüşmüşdülər. MMA-da şou xətrinə belə şeylər çox olur. Rusiya döyüşçüsü milliyyətcə çeçen idi. Döyüş zamanı hakim onları aralayanda bir-birləri ilə dalaşmağa başladılar. Amma bu, saytlarda yazıldığı kimi, çox uzun çəkmədi. Polis əməkdaşları da orada idi. Hamı dərhal rinqə çıxıb dalaşanları sakitləşdirdi. Dava heç bir dəqiqə çəkmədi. Döyüş davam etdirildi və çeçen idmançı qalib gəldi. Bundan başqa, dava olmayıb”.

Qeyd edək ki, bu yarışda Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, İraq, Suriya, Mərakeş və Türkiyədən olan idmançılar mübarizə aparıblar.

loading...