Azərbaycanlı futbolçu 1 milyon avroya transfer olundu | Fenomen.Az
loading...

Azərbaycanlı futbolçu 1 milyon avroya transfer olundu

Rusiyanın “Rostov” klubunda çıxış edən Azərbaycan əsilli Ayaz Quliyevin yeni iş yeri bəlli olub.

22 yaşlı futbolçu karyerasını Moskva “Spartak”ında davam etdirəcək.

Moskva təmsilçisi gənc yarımmüdafiəçi üçün qarşı tərəfə 1 milyon avro ödəyib. Ayazın özü isə ilinə 1,2 milyon avro maaş alacaq.

Bu gün tərəflər arasında rəsmi müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, Ayaz Quliyev məhz “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində “Spartak”dan “Rostov”a 500 min avroya keçmişdi.
(Yenicag.az) 


loading...