Azərbaycan Universiadada beşinci medalını qazandı

Azərbaycan Universiadada beşinci medalını qazandı

İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub.

53 kq çəki dərəcəsində mübarizə aparan dağıstanlı idmançımız Çin (18:0), Rusiya (11:5) və Almaniyadan (5:2) olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Onun növbəti koreyalı rəqibi isə keçilməz olub. Təmsilçimiz 0:1 hesablı məğlubiyyətlə Universiadanı bürünc medalla başa vurub.

Qeyd edək ki, bu, millimizin Universiadada qazandığı beşinci medal olub.

Daha əvvəl idmançılarımız iki qızıl, bir gümüş və bir bürünc medal qazanmışdı.

// Oxu.Az

loading...