Günün qoroskopu: yeni münasibət qurmaq olar – Fenomen.Az
Fenomen.Az

Günün qoroskopu: yeni münasibət qurmaq olar

Qoç – cansıxıcı və çətin işlərin yığılıb qaldığı gündür. Əməyinizin bəhrəsi ürəkaçan deyil. Sizə kömək edən, dəstək olan insanlar da təəssüflənəcəklər. Onlarla müttəfiqliyinizi düzəltməyə çalışın.

Buğa – ağıl və təmkin yaxınlarınızla savaşmamağa kömək edəcək, ancaq sizi başa düşəcəklərinə də güvənməyin. Günün ikinci yarısında yox yerdən mübahisələr düşə bilər. Buna yumorla yanaşın.

Əkizlər – qeyri-adi yanaşma tələb edən bir işdəki gözlənilməz uğurunuz peşəkar mövqeyinizi bərkitməyə, yeni müttəfiqlər tapmağa kömək edəcək. Danışıqlar aparmaq üçün əla gündür, müsahiblərinizin rəğbətini qazanmaq sizin üçün çətin deyil.

Xərçəng – yaxınlarınız çox şeydə sizə yardımçı olmağa hazırdırlar, yalnız sizə doğrudan da vacib olan məsələləri bu sıraya aid etmək mümkün deyil. Yeni münasibət qurmaq olar, amma üzərinizə heç bir məsuliyyət götürməyin, onları yerinə yetirmək asan olmayacaq.

Şir – sakit, tələskənlik tələb etməyən gündür. İşinizə ciddi yanaşın. Yaxşı bir səyahətə yollana bilərsiniz, bundan zövq alacaqsınız. Yeni tanışlarınıza güvənməyin. Onların dediklərinin hamısı doğru deyil.

Qız – sevgililər gərək bu gün ümumi problemlərin həlli üçün birləşsinlər. Kimin evdə başçı olmasını müzakirə etmək vaxtı deyil. Nəyə pul verdiyinizin fərqinə varın, aldana bilərsiniz. Tuta bilməyəcəyiniz vədlər verməyin.

Tərəzi – günün çox hissəsini çətin və yorucu işə sərf etməli olacaqsınız. Nəticə sizi qane edəcək. Sizin sərbəstliyiniz yaşlı nəslin nümayəndələrinə xoş gəlmir.

Əqrəb – səhhətinizə fikir verin. Allergik reaksiyalar verəcək ərzaq və əşyalardan uzaq durun. Günün ikinci yarısı alış-veriş üçün uyğundur. Ziyafətə çağırılsanız, imtina edin.

Oxatan – bu gün işləriniz istədiyiniz kimi yaxşı getmir. Heç iş görməyə marağınız da yoxdur. Azacıq fürsət tapan kimi təzə başladığınız işlərinizi yarıda qoyacaqsınız. Özünüzü ümumiyyətlə pis hiss etməyəcəksiniz.

Oğlaq – bir az yorğun olsanız da, xəstələnmək ehtimalınız sıfırdır. Ancaq spritli içkilərdən qaçın. Həmçinin fiziki işlərə çox aludə olmayın.

Dolça – bu gündən xüsusi nə isə gözləmək lazım deyil. Əgər kimdəsə xoş təəssürat yaratmaq istəyirsinizsə, görüşə ciddi hazırlaşın: həm xarici görünüşünüz gözqamaşdıran, həm də əhvalınız yaxşı olmalıdır.

Balıqlar – xırda məişət problemlərini yoluna qoymaq vaxtıdır. İdman, rəqs, gəzinti faydalı olacaq. Birgə istirahət isə ailədəki münasibətləri möhkəmlətməyə xidmət edəcək.
Günün devizi: dama-dama göl olar.

loading...