İranda təyyarə qəzasında məhv olan 8 ailə - Fotolar

İranda təyyarə qəzasında məhv olan 8 ailə – Fotolar

Tehranda qəzaya düşən Ukraynanın “Boeing-737” təyyarəsində dünyasını dəyişən 176 sərnişinin əksəriyyəti İran və Kanada vətəndaşları olub. Qəzada 8 ailənin isə bir neçə üzvü həlak olub.

Həmin ailələri təqdim edirik:

37 yaşlı Rahele və 40 yaşlı isveçli əri Mikael Lindberq 7 və 9 yaşlı oğulları ilə birgə qəzada dünyalarını dəyişiblər.

47 yaşlı Pedram Musəvi ilə 43 yaşı xanımı Modcan Deneşmand Kanadada Albert Universitetində birgə işləyiblər. Onlarla bərabər təyyarədə olan 10 və 14 yaşlı qızları dünyasını dəyişib.

Tələbə-aspirantlar Araş Pourzarabi ilə Pune Qurdci Kanadadan İrana nikah bağlamaq üçün gəliblərmiş. Cütlük qəzada dünyasını dəyişib.

Bu yaxınlarda Londonda Nilufər İbrahimlə ailə quran 35 yaşlı mühəndis Səid Təhmasibi İrana ikinci toyları üçün gəlibmiş. Cütlük də düşən təyyarədə olub.

Ontariodan olan Parisə Eqbalian 9 yaşlı qızı ilə birlikdə İrana bacısının nişanına gəlibmiş. Ana ilə qızı qəzada dünyasını dəyişib.

Kanadanın Edmonton şəhərindən olan 56 yaşlı ginekoloq Şükufə Çupannejad 21 və 23 yaşlı qızları ilə birlikdə həlak olub.

Kanadanın Vankuver şəhərindən 36 yaşlı Ayşə Purqaderi təyyarədə 17 yaşlı qızı ilə birlikdə ölüb.

İman və Pərinaz Qədirpənahlar Kanadadan məzuniyyət üçün İrana gəliblərmiş. Bu, onların birlikdə keçirdiyi sonuncu səyahət olub…

// Qafqazinfo

loading...