Faytonçu Nazim qəza törətdi: hadisə yerindən qaçdı - VİDEO

Faytonçu Nazim qəza törətdi: hadisə yerindən qaçdı – VİDEO

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib. 

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.  

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. 

Zəncirvari qəzaya səbəb olan N.Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub. 

loading...