Fəhlələri daşıyan mikroavtobus yanıb: Yaralılar var – FOTO | Fenomen.Az
loading...

Fəhlələri daşıyan mikroavtobus yanıb: Yaralılar var – FOTO

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb.

Fenomen.Az APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü  Anar Nəbiyevin  idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb.

Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna,  40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


loading...