“Dedilər “yaxşıya doğru gedir”, axırda uşağımızın meyitin verdilər” – Ölən uşağın əmisi + Foto + Video – Fenomen.Az
Fenomen.Az

“Dedilər “yaxşıya doğru gedir”, axırda uşağımızın meyitin verdilər” – Ölən uşağın əmisi + Foto + Video

Xəbər verdiyimiz kimi, Şabran rayonunda 7 yaşlı Gülnur Dadaşovaya antibiotik iynə vurulduqdan sonra dünyasını dəyişib.

Fenomen.Az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı uşağın ailə üzvləri ilə görüşüb.

G.Dadaşovanın əmisi Elman Dadaşov bildirib ki, uşağın boğazı ağrıyıb və qızdırmalı olub. Buna görə həkimə aparılıb:

“Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb. Ağzından köp gəlib, ciyəri partlayıb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bir gün yalvardıq ki, ya həkim gətirin, ya da verin bizə. Heç nə etmədilər. Elə dedilər “yaxşıya doğru gedir”. Axırda uşağımızın meyitini verdilər”.

Qeyd edək ki, xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülüb. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

loading...