Daha bir piyada yolda CAN VERDİ - FOTO

Daha bir piyada yolda CAN VERDİ – FOTO

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə axşam saatlarında Ziya Bünyadov prospektində, Olimpiya stadionu yaxınlığında qeydə alınıb.

Məlumata görə, yolu piyadalar üçün qadağan olunmuş yerdən keçmək istəyən orta yaşlarında kişini “Mercedes” markalı avtomobil vurub.

Nəticədə piyada hadisə yerdində dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

// ONA

loading...