Başqasının vurduğu uşağı həkimə aparırdı, özü öldü... - Yenilənib

Başqasının vurduğu uşağı həkimə aparırdı, özü öldü… – Yenilənib

Quba rayonunda avtomobillə vurulan şəxsi xəstəxanaya çatdırmaq istəyən sürücü qəzaya düşərək ölüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.

Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

**

Baş verən avtomobil qəzası nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, onlar – Rustov kənd sakinləri 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qayınanası 59 yaşlı Leysan Kərimovadır. Yaralıların hər üçü Quba MRX-nın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Baş həkimin bildirdiyinə görə vəziyyətləri orta ağırdır.

loading...