Bakının Yasamal rayonunda "BMW" piyadanı vuraraq öldürüb - FOTO

Bakının Yasamal rayonunda “BMW” piyadanı vuraraq öldürüb – FOTO

Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın məlumatına görə, avtoqəza Tbilisi prospektində qeydə alınıb.

Belə ki,Xaqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən yola daxil olan50-55 yaşlı kişini vurub. Payada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

loading...