Elena Zelenskinin geyimi başına BƏLA OLDU — FOTO

Elena Zelenskinin geyimi başına BƏLA OLDU — FOTO

Ukrayna Prezidentinin xanımı Elena Zelenski Nyu Yorkda BMT Baş Assambleyası zamanı birinci xanımlarının illik şam yeməyində iştirak edib.

O, bu görüşə geydiyi geyimi ilə damğa vurub. Belə ki, Elena şam yeməyinə şalvarlı kostyumda gəlib.  Maraqlısı isə onun kostyumun altında olan jileti çılpaq bədəninə geyməsi olub.

Foto sosial şəbəkələrdə yayıldıqdan sonra böyük müzakirələrə səbəb olub.

Vladimir Zelenski özü həyat yoldaşının fotosunun şərh bölümünə ürək işarəsi qoyub.

Foto izləyicilər arasında fikir ayrılığına səbəb olub. Bəziləri bu görüntünü çox “vulqar” deyə şərh edərkən, digərləri Elenaya kostyumun çox gözəl yaraşdığını qeyd ediblər.

Qeyd edək ki, bu nahar ənənəvi olaraq hər il sentyabr ayında BMT-də yüksək toplantıya gələn dövlət başçılarının həyat yoldaşlarının iştirakı ilə keçirilir.

Bu dəfə tədbir BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə dəstək olaraq keçirilib.

// Ölkə.Az

loading...