Viaqra tərkibli enerji içkisi rəsmən qadağan edildi – Fenomen.Az
Fenomen.Az

Viaqra tərkibli enerji içkisi rəsmən qadağan edildi

Zambiyada viagra tərkibli enerji içkisi qadağan edilib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, içkinin tərkibindəki maddələrin insan sağlamlığı üçün təhlükəli olduğu sübut olunub. İçkinin tərkibindəki zərərli maddələr cinsi əlaqənin müddətini 6 saata qədər uzadır və həmin maddələr insanların güclü şəkildə tərləməsinə səbəb olur. Bu hallar isə sağlamlığa ciddi zərər vurur. Qadağadan sonra artıq enerji içkisini istehsal edən şirkət, məhsullarını geri çağırıb.

Bu içki Zambiyadan xarici ölkələrə də ixrac olunurdu. Əsasən barlarda və digər əyləncəli məkanlarda satılan içkinin müştəriləri gənclər olub.

Qeyd edək ki, enerji içkisinin tərkibində aşkar edilən “sildenafil” maddəsinin sağlamlıq üçün təhlükəli olduğu hələ illər əvvəl sübut olunub.

loading...