“Vəhşi mələk” Putindən pasport istədi - Video

“Vəhşi mələk” Putindən pasport istədi – Video

Uruqvaylı aktrisa və müğənni Natalya Oreyro Rusiya Prezidenti Vladimir Putindən nümayişkəranə şəkildə bu ölkənin pasportunu istəyib.

Aktrisa bu bəyanatla “Veçerniy Urqant” şousunda çıxış edib. O qeyd edib ki, indiyədək ən azı 15 dəfə Rusiyada olub. N.Oreyro “Jerar Depardyedən daha çox rus olacağını” deyib.

Qeyd edək ki, N.Oreyro “Unudulmaz” adlı tur çərçivəsində Rusiyada səfərdədir. Tur zamanı onun Rusiyanın 15 böyük şəhərində konserti keçiriləcək.

Uruqvaylı aktrisa və müğənni Rusiyada və keçmiş SSRİ məkanında daha çox 1990-cı illərin sonlarında nümayiş olunan “Vəhşi mələk” serialında baş rolda oynaması səbəbindən məşhurluq qazanıb.

// teleqraf.com 


loading...