Türkiyənin ən varlı şəxsləri məlum oldu - SİYAHI

Türkiyənin ən varlı şəxsləri məlum oldu – SİYAHI

“Forbes” Türkiyənin ən varlı şəxslərinin siyahısını tərtib edib.

baku.ws“Posta”ya istinadən xəbər verir ki, siyahıya 3,7 milyard dollarlıq sərvəti ilə “Yıldız Holding”in İdarə Heyətinin üzvü Murad Ülkər başçılıq edir. O, bu il sərvətini 1 milyard dollar artırıb.

2-ci pillədə 3,2 milyard dollar sərvəti olan “Rönesans Holding”in İdarə Heyətinin rəhbəri Erman Ilıcak yer alıb. Ötən ilin ən varlı şəxsi olan Ilıcakın sərvəti bu il 600 milyon dollar azalıb.

3-cü pilləni isə 2,4 milyardlıq sərvəti ilə “Doğuş Holding”in İdarə Heyətinin sədri Fərid Şahenk tutub.

Sərvəti ən çox artıran Murad Ülkər (1 milyard dollar), ən çox itirən isə Melih Abdullahayoğlu (900 milyon dollar) olub.

Türkiyədə ən varlı 100 şəxsin ümumi sərvəti bu il 5 milyard 225 milyon dollar artıb və 100 milyard 400 milyon dollara çatıb.

Türkiyənin ən varlı 10 şəxsinin siyahısını təqdim edirik:

Murad Ülkər – 4.7 milyard dollar

Erman Ilıcak – 3.2 milyard dollar

Fərid Şahenk – 2.4 milyard dollar

Filiz Şahenk – 2.2 milyard dollar

Hüsnü Özyeğin – 2.2 milyard dollar

Hamdi Ulukaya – 2.1 milyard dollar

Suat Günsel – 2.1 milyard dollar

Semahat Arsel – 1.9 milyard dollar

Mustafa Küçük – 1.8 milyard dollar

Nihad Özdəmir – 1.8 milyard dollar

loading...