Türk milyarder həbs edildi - 3 uşağa təcavüz edib

Türk milyarder həbs edildi – 3 uşağa təcavüz edib

Afrika ölkəsi Keniyada yaşayan türk biznesmen Osman Ərdinç Elsek saxlanılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, o, 12-17 yaş aralığında olan 3 qız uşağını cinsi istismar etməkdə ittiham edilir.

Keniya polisi Elsekin Kilifi qəsəbəsindəki villasına basqın edərək onu polis bölməsinə aparıb.

Cinsi istismara məruz qalan uşaqlar isə uşaq evinə yerləşdirilib və psixoloq nəzarətində polisə ifadə veriblər.

Qeyd edək ki, 10 ildən çoxdur Keniyada yaşayan Elsekin sahibi olduğu şirkət inşaat, daxili dizayn, təhlükəsizlik, qida, turizm və yaxta icarəsi işləri ilə məğuldur.

loading...