Tabutdan qalxıb şəkil çəkdirdi - Şok hadisə /Foto

Tabutdan qalxıb şəkil çəkdirdi – Şok hadisə /Foto

Cənubi Afrika Respublikasından (CAR) olan bir qadın ölməzdən əvvəl özünə tabut alıb.

Qadının bu qərarına verdiyi izah sosial şəbəkələrdə maraqla qarşılanıb.

Ölkəsinin tanınmış jurnalisti olan Zodva Vabantu adlı qadın səhhətindən şikayətçi deyil, tabutu isə ölüm yatağında olduğu üçün almadığını iddia edib.

Vabantu tabutun içində çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb və fotonun üzərində “Belə istifadə edilir” qeydini yazıb: “Ölüm! Cəmiyyət ölüm haqda danışmaqdan çox qorxur. Hamımız ölürük və bir qərar verdim, öz tabutumu aldım. Qiyməti 150 min dollardan çoxdur”.

Zodva Vabantu qeyd edib ki, anası öləndə ucuz tabutda dəfn edilib və o belə bir taleni təkrarlamaq istəmir.

Fotonu təqdim edirik:

// Teleqraf.com 

loading...