ŞOK! Məşhur idmançı robotla evlənir - FOTOlar

ŞOK! Məşhur idmançı robotla evlənir – FOTOlar

Rusiyalı məşhur bodibildinq çempionu Yuri Toloçko robot qadınla evlənir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə idmançı özü açıqlama verib.

Yuri Toloçko bildirib ki, Marqo adlı robot qadınla evlənəcək. Robot sevgilisi ilə Rusiyada bir televiziya kanalının qonağı olan idmançı evlənmək qərarının ciddi olduğunu bildirib.

Dünyanın çox yerindən tənqid mesajları aldığını bildirən Yuri Toloçko bu səbəbdən robot sevgilisini estetik əməliyyat etdiyini deyib. Onun sözlərinə görə, əməliyyatı həqiqi həkimlər edib və Marqo əməliyyatdan sonra çox dəyişib.
O, sevgilisinə söz verib: “Səni heç vaxt məyus etməyəcəm”. 

“İnstagram”da hesabı olan Marqo hətta Qazıxıstanın paytaxtı Nur Sultanda bir bardə iş də tapıb 

Marqonun yemək bişirə bilmədiyini deyən Yuri Toloçko onun gürcü mətbəxini çox sevdiyini və ən çox bəyəndiyi yeməyin gürcü xəngəli odduğunu bildirib.

loading...