Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava - VİDEO

Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava – VİDEO

Rusiyanın Tümen vilayətinin Tobolsk rayonundakı “Voyaj” kafesində kütləvi dava baş verib. 

Ura.ru saytının verdiyi məlumata görə, tatar və çeçen diasporları arasında dava fevralın 9-u, gecə saatlarında olub.

Onlar əvvəlcə rəqs meydanında dalaşıblar, daha sonra isə kafedəki stullarla bir-birinə hücum ediblər. 

Münaqişəyə kafeyə gələn iki müştəri arasındakı mübahisə səbəb olub. 

Polis davanın bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib. Faktla bağlı cinayət işi başlanıb.

loading...