Qazaxıstanda “qız qaçırma” səhnəsi dünyanı şok etdi – VİDEO

Qazaxıstanda “qız qaçırma” səhnəsi dünyanı şok etdi – VİDEO

“Səhnədə ənənəvi nikah mərasiminin bütün ünsürləri mövcuddur”.

“Qanuni ailə qurmaq üçün “Borat” üslubunda qız qaçırma Qazaxıstanda adi haldır” –  NY POST nəşriyyatı yazır.

Akmola əyalətində çəkilən videoda qızı zorla təzə bəyin qohum-əqrəbası yığılan evə gətirirlər. Videoda “istəksiz gəlinin” fəal müdafiəsi görünür.

Bu video bəyin qohumlarının biri tərəfindən çəkilib internetə qoyulub, sonradan isə Youtube-da ən çox baxılan videolardan olub.

Məhz elə bundan sonra qərbi KİV-in və Central European News-un diqqəti videoya cəmlənib.

“Səhnədə ənənəvi nikah mərasiminin bütün ünsürləri mövcuddur: qazax mahnısı, xüsusi toy xalısı və gəlinin arxasınca atılan konfetlər”, – nəşriyyat yazır.

Nəşr həmçinin Saşa Baron Koenin, gəlinin Pamela Andersanın Borat tərəfindən qaçırılma səhnəsi olan, qalmaqallı “Borat” filmini xatırlayıb.

NY POST həmçinin statistikanı təqdim edir: son göstəricilərə görə Qazaxıstanda qızların 60%-i ənənələrə uyğun olaraq qaçırılmanın qurbanı olub.

oxu.az

 

loading...