Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO

Putin Ankarada “Quran”dan sitat gətirdi – VİDEO

Rusiya prezidenti Vladimir Putin Ankarada müqəddəs kitab “Quran”dan sitat gətirib.

Bu Rusiya-İran-Türkiyə üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.

“Allahın mərhəmətini yada salın. Siz nə vaxtsa düşmən olmusuz. Allah ürəklərinizi barışdırıb sizi qardaş etdi”, – Putin müqəddəs kitabdan bu sitatı dilə gətirib.

Rusiya lideri Ankarada keçirilən görüşü müsbət qiymətləndirib.

Üç ölkə arasında növbəti sammit Tehranda keçiriləcək.

loading...