NASA Yerdən 23 dəfə ağır ekzoplanet kəşf etdi – Fenomen.Az
Fenomen.Az

NASA Yerdən 23 dəfə ağır ekzoplanet kəşf etdi

NASA-nın Yerə bənzər planet axtaran peyki Günəş Sistemindən kənarda yeni ekzoplanet kəşf edib.

Bu barədə NASA-nın rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda deyilir:

“TESS peyki bizim Günəş Sistemindən kənarda üçüncü ekzoplaneti kəşf edib. Müşahidə üç aydır davam edir”.

NASA-dan verilən məlumata görə, kəşf edilən “HD 21749b” planeti Yerdən ölçüsünə görə 3 dəfə böyük və 23 dəfə ağırdır. Bu planet hər 36 sutkadan bir “HD 21749K” ulduzunun ətrafında dövr edir. Bu ulduz Yerdən 53 işıq ili uzaqda, Şəbəkə bürcündə yerləşir. Planetin səthində tempratur 150 dərəcəyə çatır.

“Guardian” nəşri isə yeni kəşf edilən planetin qaz buludu olduğunu ehtimal edir. Alimlər isə Yer planeti ölçüsündə, “HD 21749” ulduzunun ətrafında hər səkkiz gündən bir dövr edən yeni planet kəşf edəcəklərindən danışıblar. Əgər bu planet kəşf edilsə, TESS tərəfindən aşkar edilən ən kiçik planet sayılacaq.
(Ölkə.Az)

loading...