Milyonçu yol qəzasında öldü - Foto

Milyonçu yol qəzasında öldü – Foto

Qazaxıstanın tanınmış iş adamı, “Altyn Group Kazakhstan” şirkətlər qrupunun sahibi Baurjan Asaubayev yol qəzasında ölüb.

Milyonçunun “Lexus” markalı maşın iri yük avtomobili ilə toqquşub.

Hadisə Almatı vilayətinin Jambıl rayonunun Uzınaqaş qəsəbəsinin yaxınlığında baş verib.

Asaubayev aldığı yaralardan yerində keçinib. Onun sürücüsü reanimasiyaya yerləşdirilib. İlkin versiyaya görə, milyonçunun 30 yaşlı sürücüsü “Lexus”un idarəetməsini itirib.

“Forbes” Asaubayev ailəsinin kapitalını $280 mln. səviyyəsində qiymətləndirib. (anspress)

20a4f04c0c88

 

loading...