Meksikada narkobaronlar meyitləri körpüdən asdırdı

Meksikada narkobaronlar meyitləri körpüdən asdırdı

Meksikanın Uruapan şəhərində 19 parçalanmış cəsəd tapılıb.

Onların 9-u yarıçılpaq şəkildə mərkəzi küçədəki körpüdən asılıb.

Meyitlərin yanında böyük bir plakat asılıb və üzərinə “Sevgili insanlar, işinizə davam edin” sözləri yazılıb. “Guardian” qəzeti yazır ki, digər 10 cəsəd isə körpüyə yaxın iki ayrı yerə atılıb. 

Michoacan əyalətinin prokuroru Adrian Lopez Solis açıqlamasında iki narkobaron dəstə arasında savaş çıxdığı, onların narkotik ticarətini ələ almaq üçün bir-biri ilə mübarizə apardıqlarını bildirib.  

Qeyd olunub ki, cinayəti törədənlərlə bağlı araşdırma aparılır və bölgəyə əsgər qüvvələri cəlb olunub. 

// Qafqazinfo

loading...