Məşhur futbolçunun oğlunu döydülər - Fotolar

Məşhur futbolçunun oğlunu döydülər – Fotolar

Türkiyənin əfsanəvi futbolçularından olan Oğuz Çetinin oğlu Bartu döyülüb. 25 yaşlı gənc bardan çıxarkən naməlum şəxslərlə mübahisə etməyə başlayıb. 

Kiçik mübahisə böyük bir davaya səbəb olub və B. Çetinin başında şüşə sındırılıb. O, dostları tərəfindən taksiyə minərək xəstəxanaya gedib.

Bundan əlavə, Oğuz Çetin oğlunun səhhəti ilə bağlı açıqlama verib: “Oğlumun vəziyyəti yaxşıdır. Nə baş verdiyindən xəbərsizəm. Yəqin ki, araşdırma zamanı hər şey məlum olacaq”.  (Qafqazinfo)

 



loading...