Kobaniyə maddi dəstək üçün soyunacaq - Fotolar
Fenomen.Az

Kobaniyə maddi dəstək üçün soyunacaq – Fotolar

Kürd müğənni Kobani və Şənqaldan olan mühacirlərə kömək üçün soyunacaq.

Kürd müğənni Mijdin Kobani və Şənqalda İŞİD terror qruplaşmasının keçirdiyi əməliyyatlar zamanı didərgin düşən mühacirlərə maddi dəstək üçün dünyanın bir sıra məşhur jurnallarına çlıpaq pozlar verəcək.

O, buradan qazandığı pulları həmin mühacirlərin həyat şəraitinin yaxşılaşdırılmasına sərf edəcək.

“Kobani və Şənqallı mühacirlərə kömək üçün bunu etmək istəyirəm. Sərt tənqidlərə məruz qala bilərəm, lakin mühacirlər üçün bunu etməyə hazıram” – deyə müğənni açıqlamasında bildirib.

Bundan başqa o, İŞİD-çilərin əlində olan girov qadınların azad edilməsi üüçün lazım gələrsə, terrorçularla əlaqəyə keçə biləcəyini də vurğulayıb.

ANS PRESS

loading...