Keçmiş UFC çempionu küçə davasında nokauta salındı - Video

Keçmiş UFC çempionu küçə davasında nokauta salındı – Video

Keçmiş UFC çemiopnu Bi Cey Penn küçə davasında nokauta salınıb.

“Qafqazinfo”nun “TMZ” portalına istinadən məlumatına görə, Havay adalarında barların birində dostları ilə bərabər vaxt keçirən 40 yaşlı döyüşçü ilə ziyarətçilərin biri arasında münaqişə yaşanıb. Nəticədə kişilər məsələni həll etmək üçün küçəyə çıxıb.   

Əlbəyaxa davada Penn opponentinə bir neçə ağır zərbə vurub. Lakin daha sonra o, opponenti tərəfindən nokauta salınıb.

loading...