İsrail şokdadır: Miss Hitler 2014 müsabiqəsi keçirildi – FOTO + VİDEO

İsrail şokdadır: Miss Hitler 2014 müsabiqəsi keçirildi – FOTO + VİDEO

“Hitlerin adını unutmayıb, o əbədiyyən bizim kumirimizdir”.

Ötən həftə Rusiyanın “Vkontakte” sosial şəbəkəsində “Miss Ostland 2014” adlı Üçüncü reyxin rəhbəri Adolf Hitlerə həsr olunmuş gözəllik müsabiqəsi keçirilib.

Müsabiqədə 24 iştirakçı “Miss Hitler” adı uğrunda mübarizə aparıblar.

Bu barədə bazar günü, oktyabrın 19-da Times of İsrael yazıb

Məlumata görə, 7500-dən çox adamın daxil olduğu səhifədə qadınlara nasist formalı selfi fotolarını yerləşdirmək və “Üçüncü reyxin füreri Adolf Hitleri nəyə görə sevib, yad etdiklərini” yazmaq tələb olunurdu.

Müsabiqədə Ukrayna vətəndaşı Yelena Bernatskaya qalib gəlib. O, 76 “like” toplamış şəklinin alından bunları yazıb: “Hitlerin adını unutmayıb, o əbədiyyən bizim kumirimizdir”.

Onu rusiyalı Yekaterina Matveyeva dəstəkləyib və bunları yazıb:

“Hitler tamamilə doğru deyirdi, millətlər təkcə xarici görünüşünə görə deyil, ağlına görə də fərqlənirlər”.

Qeyd edək ki, Rusiya mətbuatı bu məsələni diqqətdən kənarda saxlasa da, xarici KİV, xüsusilə də İsrail mətbuatı onu geniş müzakirə edirlər.


loading...