İŞİD Rusiyanı hədələdi - VİDEO

İŞİD Rusiyanı hədələdi – VİDEO

Terrorçular Qafqaza gəlir.

“İslam Dövləti” (İŞİD) terror qruplaşması bu dəfə ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanı hədələyib.

Fenomen.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşması rəhbərləri Rusiyanın bölgədəki maraqlarına qarşı çıxış edəcəklərini iddia ediblər. İŞİD-in belə bir addım atmasına səbəb kimi Suriyada Bəşər Əsədə rus hakimiyyətinin dəstəyi göstərilir.

İŞİD qruplaşması sosial şəbəkədə Suriya Hərbi Hava Qüvvələrinin keçmiş bazasında çəkilmiş videoçarxı yayımlayıb. Videoda İŞİD silahlısı qırıcı təyyarəyə oturaraq, “Rusiyanın Əsəd üçün göndərdiyi bu təyyarələri Çeçenistan Respublikasının və Qafqazın azad olunması üçün istifadə edəcəyik” – ismarışı göndərir.

 

loading...