İŞİD-çilər belə təlim keçirlər (FOTO + VİDEO)

İŞİD-çilər belə təlim keçirlər (FOTO + VİDEO)

Məşq edən terrorçular arasında qara çarşab geyinən qadınlar da görünür.

Terrorçu qruplaşmaları silahlılarının necə təlim keçmələrini əks etdirən video çəkərək mətbuata sızdırıb.

Fenomen.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yayılan videodan da görünür ki, İŞİD üzvləri müxtəlif döyüş poliqonlarında məşqlər keçirlər. Videoda silahlı terrorçular müxtəlif idman hərəkətləri etdikləri görünür. Eyni zamanda müxtəlif növ silahlardan atəş açırlar.

Məşq edən terrorçular arasında qara çarşab geyinən qadınlar da görünür.

Qeyd edək ki, İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşma, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yaratdığını elan edib. Terrorçu təşkilat özünü İraq Şam İslam Dövləti, qısa: İŞİD adlandırıb.

Terrorçu təşkilat İŞİD üzvlərinin keçirdiyi təlimi əks etdirən videonu təqdim edirik:


loading...