İranlı İnstaqram fenomeni də koronavirusa yoluxdu

İranlı İnstaqram fenomeni də koronavirusa yoluxdu

Səhər Tabar adıyla İnstaqramda fenomen olan və Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün etdikləri ilə tanınan iranlı Fatimə Khisvand koronavirusa yoluxub.

22 yaşlı Səhər süni nəfəs aparatına qoşulub. Onun həbsxanada Covid-19-a yoluxduğu bildirilir.

Qeyd edək ki, 2017-ci ildə “Ancelina Coliyə bənzəmək üçün 50 əməliyyat keçirdi” başlıqlı yazılarla dünya gündəminə çevrilən Səhərin daha sonra makiyaj ustası olduğu və həmin görünüşə də qrim və filtr vasitəsilə nail olduğu üzə çıxmışdı.

Fenomen açıqlamasında yalnız dodaqlarına dolğu etdirdiyini və piylərini aldırdığını bildirmişdi. Səhər ötən ilin oktyabrında “dini təhqir etmək”, “əxlaqsızlığa təşviq”, “İrandakı geyim tərzinə təhqir” ittihamları ilə həbs edilib.

loading...