İranda yoqa ilə məşğul olan 30 nəfər həbs edildi

İranda yoqa ilə məşğul olan 30 nəfər həbs edildi

İranda polis yoqa ilə məşğul olan 30 nəfərin olduğu binaya basqın edib.

Polis həbs etdiyi şəxsləri uyğun olmayan geyim geyinmək və uyğun olmayan hərəkətlər nümayiş etdirməkdə ittiham edir. İranda qadın və kişilərin birlikdə idmanla məşğul olması qadağandır.


Hadisə İranın şərqindəki Qorqan şəhərindəki bir evdə olub. Yoqa dərsinə 30 nəfər kişi və qadın qatılıb. Şəhərdəki ədliyyə nazirliyinin nümayəndəsi Məsud Süleymani bildirib ki, müəllimin yoqa dərsi üçün lisenziyası yoxdur və İnstaqramda reklam verib.

loading...