Geylərə bəd xəbər

Geylərə bəd xəbər

Yepiskoplar geyləri daha geniş şəkildə qəbul etmək barədə təklifləri rədd edib. Bu təklif Roma Papası Francis tərəfindən dəstəklənmişdi.

Homoseksualların hüquqlarını müdafiə edən katoliklər qrupları qərara görə məyus olduqlarını bildiriblər.

Homoseksualları qəbul etmək və qiymətləndirmək barədə çağırış məruzə layihəsinə daxil edilmişdi, amma Romadakı sinodda (ruhanilərin toplantısında) yepiskopların üçdə ikisi onu dəstəkləməyib.

Məruzənin son versiyasında yalnız o deyilir ki, geylərə qarşı ayrı-seçkilikdən çəkinmək lazımdır.

Sinod bir ildən sonra yenidən toplanacaq və daha ətraflı müzakirələr aparacaq.

Dünyadan gələn 200-dən çox yepiskop Vatikanda iki həftə ərzində ailə həyatını əhatə edən ən mübahisəli məsələləri müzakirə edib.

BBC-nin Romadakı müxbiri David Uilley deyir ki, Papa Francis ənənəçilərə güclü müraciət edərək onları qanunu hərfi mənada qəbul etməməyə çağırmışdı, amma mühafizəkar kardinallar və yepiskoplar qalib gəldi.

ANS PRESS

loading...