FETÖ-çuların sayı açıqlandı: 159 min şübhəli, 47 min həbs
Fenomen.Az

FETÖ-çuların sayı açıqlandı: 159 min şübhəli, 47 min həbs

2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı açıqlanıb.

FETÖ terror təşkilatının dövlət çevrilişinə cəhdi zamanı 159 min 506 nəfər şübhəli qismində saxlanılıb, onlardan 47 min 523-ü həbs edilib.

Bu barədə qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Bundan başqa DİN rəhbəri cari ildə 2 min 140 terrorçunun zərərsizləşdirildiyini bildirib. Eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən 675 təxribatın hadisəsinin qarşısı alınıb. (yenicag.az)

loading...