Dünyanın ən böyük öküzü Avstraliya fermasında — FOTOLAR – Fenomen.Az
Fenomen.Az

Dünyanın ən böyük öküzü Avstraliya fermasında — FOTOLAR

Avstraliyanın “Lake Preston” fermasındakı sürüdə çox böyük bir öküz yaşayır.

“Ölkə.Az” xəbər verir ki, Knikers ləqəbli öküzün çəkisi ton yarım, hündürlüyü isə basketbolçu boyu qədərdir. Bu, Avstraliyanın ən iri, dünyanın isi ən iri öküzlərindən biridir. Qolştino-frizskiy öküz cinsi üçün Knikers çox böyükdür. Adətən belə cinsin öküzlərinin çəkisi 600 kq, hündürlüyü isə 150 sm olur.

Ferma sahibi Ceff Pirson bildirir ki, Knikers normal ölçüdə olmadığı üçün onu satmaq mümkün olmayıb. Çünki öküz heyvanlar üçün nəzərdə olan nəqliyyat vasitəsinə sığışmayıb. Knikersin hündürlüyü 194 sm-dir.

Dünyanın ən böyük inəyi isə “Ginnesin  Rekordlar Kitabı”na düşüb. Onun hündürlüyü 2 metrdən bir az çoxdur. Ən ağırçəkili öküz isə 2267 kq-dır.

null
null
null
null
null
null

loading...