Dünya Bankından 2019-2020-ci illər üçün neft - Proqnozu

Dünya Bankından 2019-2020-ci illər üçün neft – Proqnozu

Dünya Bankı 2019-2020-ci illər üçün neftin orta qiyməti ilə bağlı proqnozu 67 dollara qədər aşağı salıb. Bu isə dekabr proqnozundan 4 dollar aşağıdır.

Bu barədə bankın yanvar ayına olan hesabatında deyilir. 

Dekabrda Dünya Bankı yaxın üç ildə neftin orta qiymətini 71 dollar səviyyəsində, iyun hesabatında isə barreli 69 dollar səviyyəsində görürdü. 

Bununla yanaşı, bankın analitikləri hesab edirlər ki, neftə olan tələbatın artması gözləniləndən daha ciddi effekt verə bilər. Bundan başqa, situasiya OPEK ölkələri və onların tərəfdaşlarının razılaşmasından da asılıdır. 
(Qafqazinfo)


loading...