Dilində 62 kibrit söndürüb rekord qırdı - VİDEO

Dilində 62 kibrit söndürüb rekord qırdı – VİDEO

Slovakiyalı Pavol Durdik yanan kibritləri dilində söndürdüyünə görə Ginnesin Rekordlar kitabına düşüb. 

Bununla bağlı UPI agentliyi məlumat yayıb. 

Puxov şəhər sakini 62 ədəd yanan kibriti dilində söndürməyə nail olub və ona məxsus əvvəlki iki rekordu yeniləyə bilib. 

O, 2017-ci ilin fevralında 45, bir ay sonra isə 59 kibriti dilində söndürüb. 

Bununla yanaşı, Durdikin başqa məşğuliyyətləri də var. O, 2017-ci ildə 30 saniyə ərzində ayağına 28 corab geyinməklə rekord qırmışdı.
//Oxu.Az 

loading...