Dəhşətli cinayət – Baldızına görə arvadını öldürdü – Fenomen.Az
Fenomen.Az

Dəhşətli cinayət – Baldızına görə arvadını öldürdü

Avstraliyada 37 yaşlı İngiltərə vətəndaşı Əhməd Sədat baldızı ilə eşq yaşamaq üçün 32 yaşlı həyat yoldaşı Fahima Yusufu qətlə yetirib.

O, arvadının meyitini evinin həyətində basdırıb. Məhkəmə cani əri 23 il azadlıqdan məhrum edib.

Məlumata görə, Əhməd Sədat baldızı ilə sıcaq münasibətdə olmaq üçün xanımı ilə mübahisə edib. Fahimə yatandan sonra qaz açarı ilə onun başına zərbə endirib. Qəddar ər zərbənin təsirindən ayılan xanımını boğaraq öldürüb.

Bundan sonra o, fəhlə çağıraraq həyətində “uşaqlah üçün hovuz” qazdırıb. Fəhlələr getdikdən sonra arvadını “hovuzda” basdırıb.

Ailəsi Fahimədən xəbər ala bilmədiyi üçün polisə müraciət edib. Polisin axtarışları zamanı evin həyətində yeni qazılmış “hovuzdan” qadın meyuiti tapılıb.

Polis Əhmədin kompyuterini maddi sübut kimi götürərək araşdırma aparıb. Cinayətdən sonra Ə.Sədatın google axtarış sistemində “meyit necə basdırılır”, “arvadı öldürüb bacısı ilə evlənmək olarmı” kimi suallara cavab axtardığı bəlli olub. İstintaqa ifadəsində Əhməd baldızına qarşı sevgi münasibəti bəslədiyini bildirsə də, qarşı tərəf bacısının ərini böyük qardaş kimi qəbul etdiyini deyib.

// Teleqraf.com 

loading...