Çində güclü partlayış nəticəsində ən azı 300 nəfər yaralanıb (YENİLƏNİB) (VİDEO)

Çində güclü partlayış nəticəsində ən azı 300 nəfər yaralanıb (YENİLƏNİB) (VİDEO)

Çinin liman şəhəri Tyantsində güclü partlayış baş verib, ən azı 300 nəfər xəsarət alıb.

Trend-in The Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış yerli vaxtla saat 23:30-da baş verib. Məlumata əsasən, partlayış tez alovlanan maddələrin yerləşdiyi ambarda baş verib.

Qeyd edək ki, Çinin ən iri şəhərlərindən biri olan Tyantsin paytaxt Pekindən 200 km aralıda yerləşir.

loading...