Cəsədin yağın çıxarıb yemək bişirirlər - FOTOLAR

Cəsədin yağın çıxarıb yemək bişirirlər – FOTOLAR

Papua Yeni Qvineyada qorxunc bir ənənə görənləri şoka salır. Hökumət tərəfindən qadağan edilsə də, ölkənin Morobe bölgəsinin dağ kəndlərində hələ də bu ənənə davam etdirilir.

Belə ki, kəndlilər ölən yaxınlarının cəsədlərini dəfn etmək əvəzinə kəndin dağlıq bölgələrindəki bambuk qəfəslərində saxlayırlar. Ölü kişi, qadın, ya uşaqların cəsədləri balıq bişirmə üsuluna uyğun şəkildə saxlanır. İlk əvvəl təcrübəli mumyaçılar bədənin yağının axması üçün cəsədin ayaq, diz və dirsəklərində dəliklər açır. Daha sonra qalan yağları toplamaq üçün bambuk dirəklərini ölünün bağırsaqlarına salırlar. Bu yağ ölənin yaxınlarının saçlarına, dərilərinə sürtülür və beləliklə, ölmüş insanın gücünün yaxınlarına keçəcəyini düşünürlər. Qalan yağı isə yemək bişirmək üçün istifadə edirlər.

Cəsədin içinə hava girib çürütməməsi üçün göz, qulaq, burun qismləri tikilir. Ayaq dabanları, ovcunun içi və dili kəsilib sağ qalan həyat yoldaşına təqdim edilir.

Bədənin qalan hissəsi isə ocağın üstünə qoyularaq qurudulur. Cəsədi leş yeyən heyvanlardan qorumaq üçün palçıq, torpaq boyası il örtülür.

Morobedəki bəzi filiz mədənləri bu cəsədlərlə doludu. Hətta bəziləri xüsusi günləri qeyd etmək üçün gətirilir, sonra geri götürülür.

loading...