Amerikan dolları üzərindəki 7 şəxs kimdir? - FOTOLAR

Amerikan dolları üzərindəki 7 şəxs kimdir? – FOTOLAR

1 dollar – Corc Vaşinqton: Corc Vaşinqton ABŞ-ın ilk prezidenti və ən məşhur milli qəhrəmanlarından biridir. O, Britaniyaya qarşı müharibə zamanı ordunun komandanı olmuşdu.

photo_24901_1

2 dollar -Tomas Ceferson: Tomas Ceferson Amerika tarixinə müstəqillik bəyəmnaməsinin yaradıcılarından biri kimi düşüb. Bəyəmnamə İkinci Kontinental Konqresin 4 iyul 1776-cı il iclasında qəbul edilib. XIX əsrin əvvələrində Ceferson iki dəfə seçkilərdə qalib gələrək ABŞ-ın sayca üçüncü prezidenti olub. Ceferson öldükdən sonra xeyli borc saxlayıb. Onun mülkü sonradan hərrac vasitəsilə satışa çıxarılıb.

photo_24901_2

5 dollar – Abraham Linkoln: Amerika tarixinin ən parlaq prezidentlərindən biri, ABŞ-ın 16-cı prezidenti Abraam Linkoln təbii ki, ən çox məhşurlaşdıran vətəndaş müharibəsi zamanı quldarlığı ləğv edən azadlıq bəyəmnaməsinin qəbul etməsi olub. Vətəndaş müharibəsində cənubun məğlubiyyətinə baxmayaraq, onlar Linkoldan intiqam ala bilirlər. O, Ford teatrında tamaşaya baxan zaman güllələnir.

photo_24901_3

10 dollar – Aleksandr Hamilton: Aleksandr Hamilton ABŞ-ın prezidenti olmayıb və heç olmaq istəməyib də. Buna baxmayaraq, 32 yaşında o, ölkənin ilk maliyyə naziri olub. Hamilton mərkəzi bankın yaradılması və pul sisteminin qurulmasında böyük pay sahibidi. Hamilton ABŞ-ın vitse-prezidenti Aaron Berr tərəfindən dueldə öldürülüb.

photo_24901_4

20 dollar – Endryu Cekson: Endryu Cekson demokratların içindən seçilən ilk prezidentdi. 1828-ci ildə o, yalnız ikinci cəhddən sonra prezident seçilir və bununla da ABŞ tarixinə 7-ci prezident kimi düşür. Onun idarəetmə dövründə ikipartiyalı sistem formalaşır. Cekson hindilərin “Hindi ərazisinə” köçürülməsinin qatı tərəfdarı idi. O, 1830-cu ildə bu haqqda qanun imzalayır. Köçürülmə zamanı çoxlu sayda hindi yolda, bir çoxu isə yeni iqlim şəraitinə öyrəşməyərək yeni ərazidə dünyalarını dəyişirlər.

photo_24901_5

 

50 dollar – Uliss Qrant: Amerikanlılar üçün Qrant ilk növbədə dahi hərbiçidi. Məhz o Linkolnun xahişi ilə şimallıların ordusuna başçılıq etmiş və uzun sürən vətəndaş müharibəsinə son qoymuşdu. Onun şöhrətindən istifadə edərək respublikaçılar partiyası Qrantı prezident seçkilərinə namizəd kimi göstərirlər. O, iki dəfə prezident seçilərək ABŞ tarixinin 18-ci prezidenti olur.

photo_24901_6

100 dollar – Benjamin Franklin: Benjamin Franklin – Amerikan arzusunun bariz nümunəsi. O, həyatda hər şeyi özü qazanıb. Əvvəlcə nəşriyyatda işləyən Franklin, sonradan özü varlanıb. Elm və siyasətlə maraqlanan Franklin ABŞ-ın maraqlarını Avropada təmsil edən şəxs idi. Okenanın hər iki tərəfində böyük nüfuz sahibi idi. Franklin ABŞ tarixinin üç təməl müqaviləsini imzalayan yeganə şəxsdi – Müstəqillik Bəyəmnaməsi, Konsitutsiya, Versal sülhü.

photo_24901_7


loading...