Amerikalı proqramçı “Facebook”da problem tapdı

Amerikalı proqramçı “Facebook”da problem tapdı

ABŞ-da yaşayan proqramçı Tommi DeVoss “Facebook” sosial şəbəkəsinin məxfilik bölməsində çatışmazlıq müəyyən edib.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, problem gizli elektron ünvanına çıxış bağlı olub.

Amerikalı proqramçının sözlərinə görə, zəiflik “Facebook Groups”da müşahidə olunur. Bu funksiyanın sayəsində istifadəçiləri hər hansı maraqlar ətrafında birləşdirən qruplar və icmalar yaratmaq imkanı mövcuddur. İstifadəçi səhifəsinin məxfiliyinin seçimindən asılı olmayaraq, bu və ya digər qrupun inzibatçısı istifadəçinin elektron qutusunun ünvanını öyrənə bilər.

İstifadəçinin bu qrupda inzibatçı olmaq istəmədiyi halda, “Facebook”un mobil əlavəsində qrupa dəvətdən imtina edir, o zaman avtomatik olaraq ünvan sətrinin elektron ünvan görünən bir səhifəyə istiqamətləndirilməsi gedir.

DeVassın fikrincə, bu problemin köməyi ilə kibercinayətkarlar istifadəçilərə fişinq hücumlar həyata keçirə bilərlər. Amerikalı proqramçı artıq bu çatışmazlıqla bağlı “Facebook” rəhbərliyinə məlumat verib və buna görə də 5 min dollar mükafat alıb. Hazırda problem aradan qaldırılıb

loading...