"Alibaba"nın banisindən möhtəşəm təklif: həftədə cəmi 12 saat işləmək lazımdır

“Alibaba”nın banisindən möhtəşəm təklif: həftədə cəmi 12 saat işləmək lazımdır

İnsanlar həftədə üç gün, gündə cəmi dörd saat işləməlidirlər.

Mk.ru yazır ki, bu sözləri “Forbes” jurnalının versiyasına görə, Çinin və dünyanın onlayn ticarət sahəsində ən iri şirkətlərindən biri olan “Alibaba Group”un banisi Cek Ma deyib.

O qeyd edir ki, təhsil sahəsində texniki inkişaf və islahatlar aparmaqla bunu reallaşdırmaq mümkündür. İnsanlar üçün işin çox hissəsini süni intellekt yerinə yetirməlidir.

Texnologiyalar bəşəriyyətə daha çox boş vaxt verir. Biznesmen əmindir ki, bununla yanaşı, süni intellekt insanlara da artığını bəxş edə bilər və bu məsələ ilə yaxın zamanda bütün ölkə və hökumətlər məşğul olmalıdır.

loading...