“Alibaba” şirkəti ekspertlərin gözləntilərini üstələyib

“Alibaba” şirkəti ekspertlərin gözləntilərini üstələyib

Alibaba cari ilin dördüncü rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb.

Dünyanın bir çox bölgəsində böyük investisiyalar edən, qonşu Türkiyədəki Trendyol-un əsas səhmdarı, Çinin e-ticarət nəhəngi Alibaba gəlirlərini 40% artıraraq 119 milyard Yen səviyyəsinə çatdırıb.

Çin iqtisadiyyatının durğunluq dövründə, markanın mənfəətliliyi kəskin artaraq ekspertlərin gözləntilərini üstələyib.

Şirkətin xalis mənfəəti isə 72,5 milyard Yen səviyyəsinə yüksələrək 3 qatına çıxıb.

Bu rübdə Alibaba-nın qurucusu və İdarə Heyətinin Sədri Jack Ma 31 milyard pound pensiya fondu ilə 55 yaşında vəzifəsindən getdiyini açıqlamışdı.

Ma-nın yerinə isə bu vəzifəni, 2015-ci ildən bəri Alibaba-da CEO vəzifəsini tutan Daniel Zhang gəlib.

// Fins.az

loading...