ABŞ-ın ən böyük şirkətlərindən biri şokda - 106 milyonluq oğurluq

ABŞ-ın ən böyük şirkətlərindən biri şokda – 106 milyonluq oğurluq

ABŞ-ın ən böyük kredit kartı şirkətlərindən biri olan “Capital One” müştərilərinin məlumatlarının oğurlandığını açıqlayıb.

BBC-nin məlumatına görə, şirkət hakerin tutulduğunu bildirib.

Hadisədən ABŞ-da 100 milyon, Kanada da isə 6 milyon insanın ziyan gördüyü qeyd edilib.

Daha bir məlumata görə, 80 min nəfərin bank hesab nömrələri ələ keçirilib.

Şirkət sədri baş verənlərə görə müştərilərindən üzr istəyib.

ABŞ Ədliyyə Nazirliyi tutulan hakerin texnologiya şirkətlərindən birinin keçmiş proqram mühəndisi olduğunu açıqlayıb.

Ona qarşı kompüter fırıldaqçılığı ittihamı irəli sürülüb.

Federal məhkəmə işə avqustun 1-də baxacaq.

loading...