22 yaşlı veloyürüşçü yarış vaxtı öldü - Polşada

22 yaşlı veloyürüşçü yarış vaxtı öldü – Polşada

Belçika veloyürüşçüsü Byorq Lambrext “Polşa turu”nun üçüncü mərhələsində keçirdiyi qəzadan sonra dünyasını dəyişib. Bu barədə idmançının “Lotto Soudal” komandasının Tvitter hesabında məlumat verilib.

“Bu, Berqin ailəsi, dostları və komanda yoldaşları üçn dəhşətli faciədir. Nur içində yat”, – komandanın paylaşımında qeyd edilib.

“Cyclingnews.com”un məlumatına görə, 22 yaşlı veloyrüşçü yarış zamanı beton drenajlı turbaya çırpılıb. Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan Lambrextin həyatını xilas etmək mümkün olmayıb.

loading...