Ərdoğandan ABŞ-a sərt reaksiya

Ərdoğandan ABŞ-a sərt reaksiya

“ABŞ-ın bu cür cılız açıqlamalar bizim üçün qəbuledilməzdir”.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun ardınca, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyə ilə bağlı dediklərinə sərt reaksiya verib.

Fenomen.Az ANS PRESS-ə istinadən məlumatına görə, Ərdoğan Co Baydenin “Türkiyə hökuməti İŞİD-ə dəstək verir” deməsinin qəbuledilməz olduğunu bildirib.

“Əgər bu məsələdə Bayden bu cür ifadələr işlədibsə, Bayden mənim üçün keçmişdə qaldı. Məndən əsla bu cür ifadələrə zəmin yaradılmayıb. Əvvəla, heç kim Türkiyənin, o vaxtkı və indiki hökumətin İŞİD başda olmaqla, hər hansı bir terror təşkilatına kiçik bir yardımının belə edildiyini deyə bilməz. Bunu heç kim sübut edə bilməz. Əcnəbi döyüşçülər də bizim ölkəmizdən Suriyaya getməyiblər”, – deyə, Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan həmçinin Qərb ölkələrinin öz vətəndaşlarının İŞİD-ə qoşulduqlarını etiraf etdikləri halda, Türkiyəyə qarşı da ittihamlar səsləndirməsini də qəbuledilməz sayıb:

“Bunu açıq-aşkar bəyan edirəm – bu cür cılız, dolayısı yolla edilmiş açıqlamalar bizim üçün qəbuledilməzdir”.

loading...