Ramazan bayramı namazının qılınma qaydası - Fotolar

Ramazan bayramı namazının qılınma qaydası – Fotolar

Bu gün müsəlmanların mübarək Ramazan bayramı qeyd olunur.

FENOMEN.Az xəbər verir ki, Azərbaycanda bayram namazı (Fitr) səhər saat 8-də Əjdərbəy (Göy məscid), saat 9-da Təzə Pir və ölkənin digər məscidlərində qılınacaq.

Bu, müstəhəb (bəyənilən) bir namazdır və həm camatla, həm də fərdi qaydada qılına bilər. Fitr namazının vaxtı günəş doğandan günortayadəkdir.

Namazın qılınma qaydası belədir:

 Fitr namazı 2 rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir.

İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazın qunutunda istənilən bir duanı (Fərəc duası) oxumaq olar. Amma savab məqsədi ilə aşağıdakı duanı oxumaq daha münasibdir:

“Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali) muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun”.

loading...