İmam Hesen Esgeri (e) bir ciziq cekmekle yagiss nece temin etdi

İmam Həsən Əsgəri (ə) bir cızıq çəkməklə yağışı necə təmin etdi

Abdullah ibni Muhəmməd, İmam Həsən Əsgərinin (ə) səhabələrindəndir ki, nəql edir: “Bir gün Həzrəti (ə) gördüm ki, səhrada dayanıb və canavarla söhbət edir.

Çox təəccüb etdim və soruşdum: “Ya İbni Rəsulallah! Qardaşım Təbərəstandadır və onun halından xəbərim yoxdur. Bu canavardan lütfən qardaşımın halından soruşun ki, necədir?”.

 

İmam (ə) buyurdu: “Nə zaman qardaşını müşahidə etmək istəsən, Samirrada evinin içində olan ağaca bax və qardaşını görəcəksən”.

 

Əbu Cəfər Təbəri nəql edir: “Bir gün İmam Həsən Əsgərinin (ə) xidmətinə getmişdim və çox sayda səhrada yaşayan insanı gördüm ki, İmama (ə) suyun azlığından və quraqlıqdan şikayət edirdilər. İmam (ə) da onlar üçün bir xətt yazdı və yağış yağmağa başladı. Bir saat sonra gəldilər və dedilər: “Ya İbni Rəsulallah! Yağış çox yağır və təhlükə hiss edirik”.

 

İmam (ə) torpaqda bir əlamət çəkdi və yağış kəsildi və bir daha yağmadı”.

 

Təbəri başqa yerdə nəql edir: “Bir gün İmam Həsən Əsgərinin (ə) yanında əyləşmişdim. İmama (ə) dedim: “Ya İbni Rəsulallah! Əgər mümkündürsə, mənim üçün xüsusi bir möcüzə göstərə bilərsinizmi?”.

 

İmam (ə) buyurdu: “Mümkündür ki, taqətin olmasın və əqidəndən əl çəkəsən”.

 

Ona görə də mən üç dəfə and içdim ki, öz əqidəmdə sabit qalacağam.

 

Bu zaman gördüm ki, Həzrət (ə) səccadəsinin altında gizləndi və onu bir daha görmədim. Bu hadisədən bir qədər sonra zahir oldu və əlində böyük bir balıq tutmuş halda mənə buyurdu: “Bu balığı dənizin dibindən gətirmişəm”.

 

Mən də bu balığı Həzrətdən (ə) aldım və aparıb dostlarımla birlikdə bişirib yedim. Çox ləzzətli bir balıq idi”.

/Deyerler.org

loading...