Bu gecə İkinci əhya gecəsidir (Gecə ilə əlaqədar tövsiyələr)

Bu gecə İkinci əhya gecəsidir (Gecə ilə əlaqədar tövsiyələr)

Bu gecə (iyunun 5-dən 6-na keçən gecə) birinci ehtimal olunan Qədr gecəsidir

Rəhman və Rəhim Allahın adı ilə

1. Şübhəsiz biz onu Qədr gecəsi nazil etdik.
2. Və Qədr gecəsinin nə olduğunu sən nə bilirsən?
3. Qədr gecəsi min aydan yaxşıdır.
4. O gecədə mələklər və ruh Allahın iznilə işləri yerinə yetirməyə nazil olarlar.
5. O gecə, fəcrin açılmasına qədər salamatlıqdır.

«Qədr» surəsi (“Qurani-Kərimin” 97-ci surəsi)

Qədr gecəsi ilə əlaqədar əhya (oyaq qalma) gecələrinin keçirilməsi haqqında.
I əhya gecəsi – Ramazan ayının 18-dən 19-na keçən gecədir;
II əhya gecəsi – Ramazan ayının 20-dən 21-nə  keçən gecədir;
III əhya gecəsi – Ramazan ayının 22-dən 23-nə keçən gecədir.

Qeyd: Ümumiyyətlə, imkan daxilində, mübarək Ramazan ayının bütün gecələrində əhya saxlamaq tövsiyə edilir. Lakin bu mümkün olmasa, Ramazan ayının 18-dən 19-na keçən gecədən başlayaraq, ayın sonuna kimi əhya saxlamaq məsləhətdir. Bu da çətinlik törətsə, onda qeyd olunmuş 3 gecəni əhya saxlamaq yaxşı olar.

Mübarək Ramazan ayının mühüm proqramlarından biri olan Qədr gecəsi haqqında

 

Qədr gecəsi – elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir ki, onda Qur’an nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qur’ani-şərifin özündə bildirilir.
Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə bildirilir ki, «..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və onların duaları üçün «Amin!» deyirlər. Və bu vəziyyət dan yeri sökülənədək davam edir». Və yenə bildirilir ki, «..Bu gecə ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki içənlərdən və qəlbində bir mö’minə qarşı düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz».

19-cu gecənin əməlləri

19-cu gecənin məxsus əməlləri aşağıdakılardan ibarətdir:

1. 100 dəfə demək:

أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْه

«Əstəğfirullahə və ətubu iləyh» (“Allahdan bağışlanmaq istəyirəm və Ona tərəf qayıdıram”).

2. 100 dəfə demək:

اللَّهُمَّ الْعَنْ قَتَلَةَ أَمِيرِ الْمُؤْمِنِينَ

«Allahumməl`ən qətələtə Əmiril-mö`minin» (“İlahi, Əmirəl-mömininin qatillərinə lənət et!”).

3. Aşağıdakı duanı oxumaq:

يَا ذَا الَّذِي كَانَ قَبْلَ كُلِّ شَيْءٍ ثُمَّ خَلَقَ كُلَّ شَيْءٍ ثُمَّ يْقَى وَ يَفْنَى كُلُّ شَيْءٍيَا ذَا الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ يَا ذَا الَّذِي لَيْسَ فِي السَّمَاوَاتِ الْعُلَى وَ لاَ فِي الْأَرَضِينَ السُّفْلَىوَ لاَ فَوْقَهُنَّ وَ لاَ تَحْتَهُنَّ وَ لاَ بَيْنَهُنَّ إِلَهٌ يُعْبَدُ غَيْرُهُلَكَ الْحَمحَمْداً لاَ يَقْوَى عَلَى إِحْصَائِهِ إِلاَّ أَنْتَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلاَةً لاَ يَقْوَى عَلَى إِحْصَائِهَا إِلاَّ أَنْتَ

(Tərcüməsi:)

“Ey hər bir varlıqdan öncə Mövcud Olan, sonra hər bir varlığı Xəlq Edən. Sonra hər bir varlıq fani olur və yalnız O, baqi qalır. Ey O Kəs ki, Onun misli, tayı-bərabəri olacaq bir varlıq yoxdur. Ey O Kəs ki, uca (təbiətli) asimanlarda, alçaq (təbiətli) yerlərdə, onların üstlərində və altlarında, onların arasında Səndən başqa ibadətə layiq olacaq bir məbud (ilahi) yoxdur. Həmd, səna və tərif olsun Sənə! Elə bir həmd ki, onu saymağa Səndən başqa bir kəsin qüvvəsi çatmaz. İlahi, Muhəmməd və Ali-Muhəmmədə salavat göndər, elə salavat ki, Səndən başqa bir kimsə onu saya bilməz”.

4. Bu duanı oxumaq lazımdır:

اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لاَ يُرَدُّ وَ لاَ يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا

(Tərcüməsi:)

“İlahi, Qədr gecəsində hökm və müqəddər etdiyin qaçılmaz olan əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarıla bilməyən qəzavətində (hökmündə) məni Öz Evinin – Beytüllahül-Həramın hacılarından, həm də həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış, pis əməlləri pərdələnmiş qərar ver. Hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimdə vüsət bəxş edəsən və mənim üçün bu işləri edəsən.

«kəza» və «kəza» kəlmələrinin yerinə öz hacətlərini deyib, sonra Qədr gecələrində lazım olan əməlləri görmək lazımdır:

–          qüsl almaq, yaxşı olar ki, həmin qüsl gün batan zamana yaxın bir vaxtda alınsın;

–          iki rükət namazdır ki, hər rükətdə «Fatihə»dən sonra 7 dəfə «İxlas» surəsi oxunmalı, namazı qurtarandan sonra səcdədə 70 dəfə

أَسْتَغْفِرُ اللَّهَ وَ أَتُوبُ إِلَيْهِ

«Əstəğfirullahə və ətubu iləyh» deyilməlidir.

Həzrət Peyğəmbərdən (salləllahu əleyhi və alihi və səlləm) gəlib çatan hədisdə buyurulur ki, insan yerindən qalxmaz, ta ki, Allah onun və ana-atasının günahlarını bağışlasın.

– Qurani-Kərimi açıq halda üzün müqabilində tutub demək:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ

(Tərcüməsi:)

«İlahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Sənin nazil olunan kitabına və onun içindəkilərə – onun içində Sənin ən böyük adın və ən gözəl adların, qorxudan və ümüdverici şeylər var ki, məni cəhənnəm odundan azad olunmuşlardan qərar verəsən».

– Bütün cüzlər olan Quranı başın üzərinə qoyub demək:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِوَ بِحَقِّكَ عَلَيْهِمْ فَلاَ أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

(Tərcüməsi:)

İlahi, Səni and verirəm bu Quranın haqqına və and verirəm o kəsin haqqına ki, bu Quranı ona göndərmisən və and verirəm hər mömin şəxsin haqqına ki, onları Quranda mədh etmisən və and verirəm Sənin onlar üzərindəki haqqına, Sənin haqqına Səndən artıq agah olan bir kəs yoxdur.

Sonra 10 dəfə demək:

بِكَ يَا اللَّه

«Bikə ya Allah»

(“Səni and verirəm Özünə, ey Allah!”);

10 dəfə demək:

بِمُحَمَّدٍ

«Bi Muhəmmədin»

(“İlahi, Səni and verirəm Həzrət Muhəmmədin (s) haqqına”);

10 dəfə demək:

بِعَلِيٍ

«Bi Əliyyin»

(“İlahi, Səni and verirəm Həzrət Əlinin (əleyhissalam) haqqına”);

10 dəfə demək:

بِفَاطِمَةَ

«Bi Fatimətə»

(“İlahi, Səni and verirəm Həzrət Fatimənin (əleyha salam) haqqına”);

10 dəfə demək:

بِالْحَسَنِ

«Bil-Həsəni»

(“İlahi, Səni and verirəm Həzrət İmam Həsənin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِالْحُسَيْنِ

«Bil-Hüseyni»

(“İlahi, Səni and verirəm Həzrət İmam Hüseynin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِعَلِيِّ بْنِ الْحُسَيْنِ

«Bi Əliyyibnil-Hüseyni»

(“İlahi, Səni and verirəm İmam Əli ibn Hüseynin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِمُحَمَّدِ بْنِ عَلِيٍ

«Bi Muhəmməd ibni Əliyyin»

(“İlahi, Səni and verirəm İmam Muhəmməd ibn Əlinin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ

«Bi Cəfər ibni Muhəmmədin»

(“İlahi, Səni and verirəm İmam Cəfər ibn Muhəmmədin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِمُوسَى بْنِ جَعْفَرٍ

«Bi Musəbni Cəfərin»

(“İlahi, Səni and verirəm İmam Musa ibn Cəfərin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِعَلِيِّ بْنِ مُوسَى

«Bi Əliyyibni Musa»

(“İlahi, Səni and verirəm İmam Əli ibn Musanın (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِمُحَمَّدِ بْنِ عَلِيٍ

«Bi Muhəmməd ibni Əliyyin»

(“İlahi, Səni and verirəm İmam Muhəmməd ibni Əlinin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِعَلِيِّ بْنِ مُحَمَّدٍ

«Bi Əliyyibni Muhəmmədin»

(“İlahi, Səni and verirəm İmam Əli ibn Muhəmmədin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِالْحَسَنِ بْنِ عَلِيٍ

«Bil-Həsən ibni Əliyyin»

(“İlahi, Səni and verirəm İmam Həsən ibn Əlinin (əleyhissalam) haqqına”);

10 dəfə deyirsən:

بِالْحُجَّةِ

«Bil-Höccəti»

(“İlahi, Səni and verirəm Həzrət Höccət ibn Həsənin – İmam Məhdi Sahib-əz-Zamanın (ə.f) haqqına”);

Sonra öz istək və hacətlərini Allahdan istə ki, inşəallah Allah dərgahında qəbul olunar.

Digər əməllər:

–          İmam Hüseyni (əleyhissalam) ziyarət etmək.

–          Bu gecələri əhya keçirməli. Rəvayətdə gəlib ki, Qədr gecəsini əhya keçirən şəxsin bütün günahları bağışlanır, hətta əgər göyün ulduzlarının sayı, dağların ağırlığı, dəryaların suyu qədər günahı olsa da belə.

–          Allahın min şərəfli adı olan «Cövşən-Kəbir» duasını oxumaq.

–          100 rükət namaz qılmaq ki, bunun çoxlu fəziləti vardır (namaz qəzaları olan insanlar 6 günün qəzasını qıla bilərlər).

21-ci gecənin əməlləri

21-ci gecənin fəziləti 19-cu gecənin fəzilətindən artıqdır. Bu gecə də qüsl etməli, gecəni əhya saxlamalı, ziyarət oxumalı, hər rükətdə «Fatihə»dən sonra 7 «İxlas» surəsi ilə 2 rükət namaz qılmalı, Quranı başda tutma əməlini duaları ilə birlikdə yerinə yetirməli, 100 rükət namaz qılmalı, «Cövşən kəbir» duası və sair duaları oxumalı.

23-cü gecənin əməlləri

Bu gecənin fəziləti öncəkilərdən də artıqdır. Bu gecədə bütün aləmin işləri İlahi hikmət mizanında müqəddər olur (müəyyənləşir). Bu gecə keçən Qədr gecələrindəki əməllər eynilə təkrar olunur. Bunlardan əlavə, bir neçə əməli də yerinə yetirmək yaxşıdır:

 

1. «Ənkəbut» surəsini oxumaq;

2. «Ha mim» (Duxan) surəsini oxumaq;

3. «Qədr» surəsini min dəfə oxumaq;

4. Bu duanı bu gecə təkrar etmək:

اللَّهُمَّ كُنْ لِوَيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِي هَذِهِ السَّاعَةِ وَ فِي كُلِّ سَاعَةٍ وَلِيّاً وَ حَافِظاً وَ قَائِداً وَ نَاصِراً وَ دَلِيلاً وَ عَيْناً حَتَّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلا

(Tərcüməsi:)

“İlahi, Öz vəli və dostun Höccət ibnil-Həsən (Sənin salavatın ona və onun ata-babalarına olsun) üçün bu saatda və hər saatlarda qəyyum, hifz edən, rəhbər, köməkçi, yolgöstərən, qoruyucu olub, yer üzündə camaatın ona rəğbət bəslədiyi halda məskunlaşdır ki, uzun müddət onu (nemətlərindən) bəhrələndirəsən.

 

5. Qürub zamanı edilən qüsldən başqa, gecənin axırında da bir qüsl almaq. (İslami saytlara istinadən)

 

/Deyerler.org

loading...